"MHP Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyəcək"

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Mediainfo.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, bunu bu gün MHP sədri Dövlət Baxçalı bəyan edib.

D. Baxçalı deyib ki, MHP-nin prezidentliyə namizədi yoxdur, partiya sədri kimi də prezidentliyə namizəd olmayacaq: “MHP prezident seçkilərində Yenikapı ruhu ilə hərəkət edərək, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq”.

D. Baxçalı 2019-cu ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək parlament seçkilərinə isə MHP-nin ittifaq formalaşarsa, ittifaq, bu mümkün olmadıqda isə müstəqil şəkildə qatılacağını bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az