Sarkisyanın Moskvaya gizli səfərinin şok detalları

Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb.
 
 Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb.Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb.
 
Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.
 
Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya yönəltdi. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə Moskvaya səfər edib.Sarkisyanın bu səfərlərinin arxasında nələrin gizləndiyi maraqlıdır.
 
“Lragir” saytı yazır ki, Ermənistan prezidentinin Avropa-Moskva marşrutu üzrə səfərə çıxması təsadüfi ola bilməz.
 
“Hər iki geosiyasi mərkəz Ermənistanda hakimiyyətin sonrakı formalaşmasında rola malikdir. Ölkədə parlament idarəetmə üsuluna keçid başlanır. Baş nazir olmaq istəyən Sarkisyanın qarşısında maneələr mövcuddur. Hakim Respublika Partiyasında onu dəstəkləyənlər olduğu kimi, getməyini tələb edənlər də var. Oliqarxiya dairələrində qeyri-müəyyənlik hökm sürür. Bu proseslər fonunda Sarkisyanın Avropa və Rusiyaya getməsi gələcək planlara hesablanmış addımdır. Karapetyana gəlincə, onun da xaricə getdiyi rəsmi şəkildə təsdiqlənir. Lakin hansı ölkələrə getdiyi deyilmir. Mümkündür ki, Karapetyan da Sarkisyanın marşrutu üzrə hərəkət edərək, xal toplamağa çalışır”, - deyə məqalədə qeyd olunur.
 
Sayt İrəvan kulislərində qızğın mübarizənin başladığını və bu mübarizəyə təkcə ölkə daxilindəki qüvvələrin yox, Rusiya və Avropanın da qoşula biləcəyini yazır.(Publika.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az