Moldovada Rusiyanın xəbər verilişləri qadağan edildi

Moldovada Rusiyanın xəbər və analitik-informasiya verilişlərinin yayımını qadağan edən qanun təsdiq edilib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanunu Moldova Prezidenti İqor Dodonun əvəzinə ölkə parlamentinin sədri Andrian Kandu təsdiqləyib. İ.Dodon xarici təbliğat haqqında qanunu iki dəfə geri qaytardığına görə Konstitusiya Məhkəməsi bu səlahiyyəti A. Kanduya verib. Konstitusiyaya əsasən, ölkə Prezidenti razı olmasa belə, parlamentin iki dəfə qəbul etdiyi sənədi təsdiq etməlidir. Təbliğatla mübarizə haqqında qanun Transsərhəd televiziyası haqqında Avropa konvensiyasını ratifikasiya etməyən ölkələrdə buraxılan analitik-informasiya, hərbi və ya siyasi məzmunlu radio və televiziya verilişlərinin yayımını qadağan edir. Sənəd Rusiyada bu prosedurdan keçməyib. Bununla belə, əyləncəli və digər proqramların retranslyasiyasına icazə verilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az