Suriyada Rusiyanın Əsəd və Iran problemi

Suriyadakı Xmeymim hərbi hava bazasında rus təyyarələrinin atəşə tutulmasını xaricilər Moskvanın sifətini itirməsi və onun Yaxın Şərq hərbi kampaniyasındakı ən səsli-küylü uğursuzluqlarından biri adlandırırlar.

Suriya KİV-ləri yazırlar ki, rus hərbi bazasına hücumda İranın dəstəklədiyi qruplar və Suriya prezidenti Bəşər Əsədin qüvvələri iştirak ediblər. Burada Rusiya rəhbərliyinin töhfəsini də inkar etmək olmaz: müharibənin iki ili ərzində bazada təyyarələr üçün sadə sığınacaqlar belə tikilməyib, təyyarələrsə hər hansı bir maskalanma olmadan açıq havada dururlar.

Rusiya hərbi hava bazasına hücum onu göstərə bilər ki, Əsəd rejiminin qüvvələri və iranlılar, ola bilər, “qənimətin bölgüsü” prosesində ortaya çıxan fikir ayrılığı üzündən Moskvaya təzyiq etmək, ondan intiqam almaq və onu Suriyada alçaltmaq üçün bu əməliyyata yardım ediblər. Xmeymim hərbi hava bazasının atəşə tutulmasının bu cür izah edilməsini Suriyanın Baladi news”internet resursu yayıb.

Rusiya məmurları isə “Suriya fiaskosu”nda artıq əli Xmeymim hərbi hava bazasında rus təyyarələrinin dayanacağınadək çatan Vaşinqtonun fitnəsini görürlər. Suriyadakı hərbi obyektlərə PUA-larla edilən hücumda mümkün ABŞ izi haqqında, o cümlədən RF Federasiya Şurasının Müdafiə komitəsinin sədr müaviniFrants Klintseviç də fikir bildirib. Lakin digər izahlar da mövcuddur.

Baladi news” internet resursu xatırladır ki, bütün hadisələrin baş verdiyi rayon birbaşa Əsəd rejimi ilə bağlıdır. Rusiya bazası ətrafındakı ərazidə Suriya rejiminə və İrana sadiq olan, Əsəd ailəsi üzvlərinin də birbaşa daxil olduğu ələvi və şiə könüllüləri aktiv fəaliyyət göstərir. Bu onu göstərir ki, bu könüllü silahlı dəstələrin razılığı və yardımı olmadan hərbi bazaya atəş baş verə bilməzdi. İş ondadır ki, yerli könüllü silahlı dəstələr bazaya bitişik ərazilərin təhlükəsizliyini təmin etməli idi.

Suriyadakı mənbələr qeyd edirlər ki, “Minamyot mərmilərinin buraxıldığı yerin müəyyən edilməməsini təsəvvür etmək də mümkün deyildir. Hər halda, yerli sakinlər hücümun təşkilində iştirak edənlərin kimliyini dəqiq bilməlidilər”.

Bu halda, suriyalı müşahidəçilər Hmeymim hərbi hava bazası ətrafındakı rayon üzərində nəzarətin sərtləşdiriləcəyini, həmçinin ruslarla suriyalılar arasında inamsızlığın artacağını proqnozlaşdırırlar. Baladi news” ehtimal edir ki, Xmeymim hava bazasının atəşə tutulması Rusiyanın Suriyadakı müxtəlif könüllü silahlı qruplarla qarşılıqlı münasibətlərində keyfiyyət  dəyişikliyinə gətirib çıxara bilər.

İvan Şvarts “Nezavisimaya qazeta”, Rusiya

Tərcümə Strateq.az-ındır

Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az