“Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirib.

Mediainfo.az-ın verdiyi məlumata görə, M.İbrahimqızı “Ölkə.Az”-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bütövlükdə cəmiyyətə çağırışdır:

“Bu hər kəs tərəfindən çox yüksək qiymətləndirilən tarixi qərardır. Cənab Prezident bununla dünyaya mesaj verdi ki, Azərbaycanın demokratiya tarixi heç də 26 il deyil. Hələ 1918-ci ildə Azərbaycanda demokratik və müstəqil dövlət qurulub. Cənab Prezidentin bu qərarı dünyaya mesaj verdi ki, Azərbaycan xalqı 100 il bundan qabaq demokratik dövlət qurub. Ulu Öndər Heydər Əliyev də hər zaman deyirdi ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Təsəvvür edin ki, bu gün demokratiyadan dəm vuran Avropa dövlətlərində alimləri dara çəkib, odda yandırılan zaman, qadınlarına cadügər kimi baxılanda, Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verilmişdi, demokratik islahatlar aparılırdı. Bu gün bir çox Qərb dövlətlərinə Azərbaycanda 100 il əvvəl qadınlara geniş hüquqların verilməsi təəccüb doğurur. Ancaq bütün bunlar tarixi reallıqdır. Cənab Prezident İlham Əliyev də bu tarixi reallığın dünyaya çatdırılması üçün mühüm addım atdı. Bununla cənab Prezident dünyaya mesaj verdi ki, Azərbaycanın demokratiya tarixini 20-30 ildən deyil, 100 il bundan əvvəldən hesablamaq lazımdır. Bu tarixi faktdır”.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev olmasaydı, 1918-ci ildə qurulan Xalq Cümhuriyyəti kimi, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası da süquqta uğrayacaqdı:

“Çox təəssüf ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşaya bildi. Eyni tarix 1991-ci ildə təkrar olunacaqdı. XX əsrdə olduğu kimi, ötən əsrin 90-cı illərində də dünyanın bütün imperialist güclərinin gözü Azərbaycanda, Bakı neftində idi. Onlar Azərbaycanın müstəqilliyini bərpa etməsini istəmirdilər. Əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtmasaydı, indiki Azərbaycan dövləti də AXC-nin taleyini yaşayacaqdı. AXC bizim üçün tarixi dərs idi. Amma bu tarixi dərsdən hər siyasi lider düzgün nəticə çıxara bilməmişdi. Yalnız ulu öndər Heydər Əliyev bundan yaxşı nəticə çıxararaq, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsi üçün vacib addımlar atdı. Sonradan isə Prezident İlham Əliyev bu siyasəti çox uğurla davam etdirdi. İndi artıq qorxmadan deyə bilərik ki, Azərbaycan dövlətinin müstəqilliyi əbədidir”.
M.İbrahimqızı Azərbaycanın müstəqilliyinə qarşı bir sıra təhdidlərin hələ də davam etdiyini söyləyib:
“Bu gün bəzi müxalifət qüvvələri özlərini AXC-nin davamçıları, demokratik qüvvə kimi təqdim etməyə çalışırlar. Ancaq onların cümhuriyyətçi olmaları yalnı quru sözdən ibarətdir. Atalarımızın da gözəl misalı var ki, halva-halva deməklə ağız şirin olmaz. Gərək öz əməllində də bunu sübut edəsən. Ulu öndər Heydər Əliyev deyirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Bu doğrudan da belədir. Həmin müxalifətçi qüvvələr Azərbaycan Xalq Cümhuriyyətinə layiq ola bilmədilər. Ancaq cənab Prezidentin rəhbərlik etdiyi indiki hakimiyyət Xalq Cümhuriyyətinin görmək istədiyi Azərbaycanı xalqa bəxş edib. Küçə siyasəti aparan adamlar dövlət idarə edə bilməz. Bu gün Azərbaycanın İlham Əliyev kimi layiqli və dünyada tanınan güclü dipolamtı, lideri var. Cənab Prezidentin güclü liderliyi sayəsində bu gün Azərbaycan böyük layihələrdə iştirak edir”.

Deputat vurğulayıb ki, son vaxtlar Ukraynada, Türkiyədə, İranda və digər ölkələrdə baş verən hadisələr həmin dövlətlərin müstəqilliklərinə təhdid yaradır:

“Oxşar təhdidlər Azərbaycana qarşı da həyata keçirilir. Bu gün sosial şəbəkələr vasitəsilə Azərbaycanın daxilində xaos yaratmaq və ölkəmizi sarsıtmaq istəyən qüvvələr mövcuddur. Bu təhdidlər hər zaman olub. Sadəcə olaraq bu gün formasını dəyişib. Sosial şəbəkələr üzərindən Azərbaycanı qarışdırmaq istəyirlər. Bəzi internet saytları Azərbaycan dövlətinə qarşı ancaq çirkab atırlar, küfr yağdırırlar. Həmin qüvvələr Azərbaycandan əl çəkib gedib başqa ölkələrə, Rusiyaya, Ukraynaya, Gürcüstana və digər dövlətlərə də baxsınlar. Görəcəklər ki, onlarla müqayisədə Azərbaycan nə qədər çox inkişaf edib”.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.06.2018

22.06.2018

21.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az