Amerika seçkiqabağı Rusiyaya "zərbə" endirəcək

Çoxşaxəli hücum taktikası ilə xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaq planı baş tutacaqmı...

Rusiyada martın 18-də prezident seçkisi keçiriləcək. Seçki yaxınlaşdıqca ABŞ-dan Rusiyaya, xüsusilə də Vladimir Putin iqtidarına basqı artır. Artıq ABŞ Rusiyaya qarşı bundan sonrakı sanksiyalar üçün dörd sfera müəyyən edib. Bu halda, Rusiya prezidenti Putin üçün ən təhlükəli zərbə rus oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlər ola bilər.

Bu barədə strateq.az ABŞ özəl kəşfiyyat-analiz şirkəti olan “Stratfor”un hazırladığı materiala istinadən bildirib.  Qeyd olunur ki,  hazırda ABŞ tərəfindən tətbiq edilən əsas sanksiyalar Rusiyanın Ukraynaya münasibətinə Donbasdakı münaqişədə iştirakına, MH17 sərnişin təyyarəsinin qəzaya uğramasına və Krımın ilhaqına görə tətbiq edilən sanksiyalardır. Bu tədbirlərə aşağıdakılar daxildir:

-Rusiyanın 6 ən böyük bankı, 4 dövlət neft kompaniyası və 4 müdafiə müəssisəsinə avrobondların buraxılışının məhdudlaşdırılması;

-Rusiyanın enerji sahəsinə yönəlik olan, ABŞ kompaniyalarına dərin sularda neft və qaz çıxarılması üçün mal və texnologiyanın verilməsini və ixracını qadağan edən sanksiyalar;

-İkili təyinatlı malların göndərilməsinə qadağa qoyulması;

-Yüzlərlə rus hüquqi və fiziki şəxsinə qarşı sanksiyaların (səfərlərin məhdudlaşdırılması və aktivlərin dondurulması) tətbiqi.

Hazırda qüvvədə olan sanksiyalar bəzi rus şirkətlərinə (“Sberbank” və neft nəhəngi “Rosneft” kimi) qərb investorları üçün istiqrazlar buraxmağa imkan vermir, ancaq onlar Rusiya hökumətinə veksellər (borc öhdəlikləri) buraxmağa mane olmur. Beləliklə, Kreml öz üzərinə suveren borc götürür və onu sanksiyalar altında olan şirkətlərə verir. 2017-ci ildə xarici investorların Rusiya dövlət borcuna investisiyası buraxılan istiqrazların ümumi həcminin (cəmi 25 mlrd. dollar) 5%-dən 30%-dək artdı. Ötən il inkişaf etməkdə olan bazarlarda rus dövlət istiqrazları qərb maliyyə şirkətləri arasında ən yaxşı olanlardan biri hesab edilirdi.

2018-ci ildə Rusiya hökuməti artıq çox zəifləmiş olan federal büdcəsini düzəltmək üçün əlavə olaraq 18 mlrd. dollar borc götürmək niyyətindədir. Rusiya iqtisadiyyatı resessiyadan (geriləmə) çıxır, lakin uzunmüddətli staqnasiya (durğunluq) dövrünə girir.

Bundan əlavə, Rusiya əhalisi və ölkənin çoxlu mühüm şirkət və bankları daha böyük çətinliklərlə qarşılaşır, iqtisadi sistemin sabitsizləşməməsi üçün Kremli öz üzərinə böyük maliyyə yükü götürməyə məcbur edir. Kreml, böyük ehtimalla, “üzdə” qala bilməsi üçün öz ehtiyat fondlarının əhəmiyyətli hissəsini sərf edəcək və beynəlxalq səviyyədə daha çox borc götürəcək. ABŞ-ın sanksiyaları Rusiyanı borcdan asılı hala gətirə bilər.

Məlumatda deyilir ki, sanksiyaların daha bir variantı prezident seçkisinə cəmi 1 ay qalmış ABŞ Maliyyə Nazirliyinin fevralda nəşr ediləcək ikinci hesabatının bir hissəsi olacaq. Bu hesabatda ən önəmli rus oliqarxları, onların gəlirləri, korrupsiya sübutları, onların xaricdəki biznes əlaqələri və aktivləri, həmçinin gəlir mənbələri təqdim ediləcək. Onların ailələri və yaxın çevrələri, eynən aktivləri kimi, sanksiyalara məruz qalacaq. Bundan əlavə, onların uşaqlarına xaricdə təhsil almaq qadağan edilə bilər.

ABŞ Maliyyə Nazirliyi ile ilgili görsel sonucu

Məhdudlaşdırıcı tədbirlərin bu variantının tətbiq sferası qüvvədə olan fərdi sanksiyalardan kəskin fərqlənir. Artıq sanksiyaya məruz qalmış oliqarxlar öz aktivlərini əsasən Rusiya daxilndə saxlayırlar və onlar da Rusiyanın xarici siyasətilə, konkret olaraq Ukraynadakı münaqişə ilə birbaşa bağlıdırlar. Bu siyahının Putinin şəxsi dostları olan oliqarxlar hesabına genişləndirilməsi, işin birbaşa Rusiya prezidenti Putinə hücuma yaxınlaşdığını göstərir.

Daha sonra qeyd olunur ki, əgər iri biznesmenlər məsuliyyət daşımadıqları Rusiya xarici siyasətinə görə ABŞ-ın hücumlarına məruz qalarlarsa, o halda onlar Putinə və onun administrasiyasına qarşı mübarizəyə qalxa bilərlər, bu da Rusiyanın elitar sistemini silkələyə bilər. Seçki dövründə belə bir vəziyyətin yaranması isə hakimiyyətə ciddi problemlər yarada bilər.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ sanksiyaları genişləndirməklə Rusiyada prezident seçkilərinin gərgin keçməsinə, seçkilərdə və seçkidən sonrakı dönəmdə Putin hakimiyyətinə qarşı elitanın da qatıldığı xalq etirazlarının baş qaldırmasına nail olmaq istəyir. Vaşinqton martda keçiriləcək seçkiləri Kremli sıxmaq üçün fürsət görür. Bu fürsətdən maksimum istifadə etməyə çalışacaqlar: “Rusiyadakı ictimai rəyin yönləndirilməsi, onun xüsusilə mənfi çalarla yönləndirilməsi ABŞ xarici siyasətinin qarşısında duran əsas işlərdən biri sayıla bilər. Sanksiyaların kəskinləşdirilməsi narazılıqları daha da artıracaq. Fevral ayında Rusiyaya qarşı sanksiyaların yeni və daha kəskin variantları tətbiq ediləcək. Seçkiyə az qalmış buna gedilməsi təsadüfi deyil. Vaşinqton strateqləri hesab edir ki, bunun nəticəsində ölkədə sosial gərginliyin artması, əhalinin maddi güzəranının aşağı düşməsi və bir sözlə proseslərin sosial etirazlar formasına keçməsi mümkündür. Düzdür, bunu şübhəsiz Kreml də bilir və anti-təbdirlər hazırlayır. Amma sanksiyalar tətbiq ediləndən sonra Rusiyanın iqtisadi, sosial vəziyyəti şübhəsiz ki, aşağıya doğru inkişaf edəcək. Belə vəziyyətdə isə əhalinin hakimiyyətin mövcud siyasətindən narazılıqlarının artacağı dəqiqdir. Xalq etirazları fonunda keçirilən seçkinin nəticələrini böyük ehtimalla ABŞ və müttəfiqləri tanımayacaq. Bunun elan edilməsi də kütlələrin, xüsusən də müxalifətin daha da hərəkətlənməsinə təkan verəcək. Odur ki, Rusiyadakı seçkilərdə beynəlxalq təşkilatlar tərəfindən əsas diqqət ona yönləndiriləcək ki, seçkilərin qeyri-şəffaf olduğu və beynəlxalq normalara uyğun olmadığı barədə rəy yaradılsın. Bununla da Rusiya hakimiyyətinə əlavə təzyiq mexanizmi əldə ediləcək. Bir sözlə, Qərb, xüsusən də ABŞ seçki ilində Rusiya hakimiyyətinə çoxşaxəli hücum taktikasını tətbiq edir və edəcək. Kremli qarşıda ABŞ-ın ”sürprizləri" gözləyir". Yeni Müsavat

Çox oxunan xəbərlər
Son xəbərlər

19.07.2018

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az