Türkiyə, İran və Rusiyanın XİN rəhbərləri martda görüşəcək

 

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada önəmli açıqlamalar verib.

"Ölkə.Az" xəbər verir ki, açıqlamaya əsasən, Türkiyə, Rusiya və İranın XİN rəhbərləri mart ayında Astanada görüş keçirəcəklər. Üç dövlət arasında yeni Suriya müzakirələrində XİN rəhbərləri də iştirak edəcək.

Ötən həftə Türkiyə prezidenti ilə Rusiya lideri Putin arasında telefon danışığı baş tutmuşdu. Telefon danışığından sonra rəsmi Ankara Türkiyə, İran və Rusiya liderlərinin Soçidə keçirilən zirvə toplantısının ikincisinin İstanbulda keçirilməsi ilə bağlı razılıq əldə etdiyini bildirmişdi. Amma Kremldən verilən açıqlamada görüşün yeri və tarixinin dəqiqləşdirilmədiyi bildirilmişdi.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2018

24.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az