Qiyamçı generalın xanımına 18 il həbs cəzası verildi

Türkiyədə general Semih Terzinin xanımı Nazirə Terziyə konstitusiya quruluşunu aradan qaldırmağa təşəbbüs göstərmə ittihamı ilə 18 il həbs cəzası verilib.

Mediainfo.az teleqraf.com-a istinadən xəbər verir ki, qiyamçı generalın xanımı ilə bağlı məhkəmə prosesi Ankara Ağır Cəza Məhkəməsində aparılıb. Nazirə Terzi son sözünü deyərkən bəraət tələb edib, silahlı terror təşkilatı ilə heç bir əlaqəsinin olmadığını deyib və həqiqətin ortaya çıxarılmasını istəyib.

Ankara məhkəməsi isə Nazirə Terzini konstitusiyalı quruluşu aradan qaldırmağa yardım etməkdə ittiham edib.

Xatırladaq ki, Nazirə Terzinin həyat yoldaşı olan general Semih Terzi 15 iyun dövlət çevrilişi zamanı Çölbaşındakı xüsusi qüvvələr komandanlığını ələ keçirməyə cəhd edib və bu zaman zabit Ömər Xalisdəmir tərəfindən öldürülüb.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az