İsraildə dindarlar qadınların orduya çağırılmasına etiraz ediblər

 Ötən gün yüzlərlə ifrat ortodoks iudey Qüdsdə etiraz aksiyası keçiriblər. 
Medianfo.az Moderator.az-a  istinadla xəbər verir ki, Kikar Şabat  meydanına toplaşan dindar yəhudilər avtomobillərin hərəkətini dayandırıb və bir yerə toplanmış onlarla zibil qutusuna od vurublar. İğtişaşl törədən kütləni dayandırmaq üçün xüsusi təyinatlı polis dəstələri hərəkətə keçib. 
 
Ultraortodoks yəhudilərin bu dəfəki etirazına səbəb dindar yəhudi qadınların orduda xidmətdən azad edilməsi üçün şərtlərin sərtləşdirlməsi olub.
 
Xatırladaq ki, İsraildə kişilər kimi qadınlar  üçün də hərbi xidmət məcburidir. Qadınlara müəyyən şərtlərlə hərbi xidmətdən azad edilmək hüququ verilsə də, həmin şərtlər hərbi sirr kimi açıqlanmır. 17 yaşında qızlar təkbaşına, vəkilsiz-filansız xüsusi komissiya qarşısında öz etirazlarını əsaslandırmalıdırlar. Mühafizəkar dindar yəhudilər isə  qadınların hərbi xidmət keçməsinin zərif cinsin haqqının tapdanması hesab edirlər.
 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az