MDB PA Azərbaycanda prezident seçkilərini izləyəcək

Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri Valentin Matviyenkoya Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq və seçkilərin gedişatını müşahidə etmək üçün MDB PA-nın müşahidəçilər qrupu göndərməsi ilə bağlı dəvət göndərib.

"Report" MDB PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Oqtay Əsədov məktubda Azərbaycanın MDB Parlamentlərarası Assambleyası ilə hərtərəfli əlaqələrin, seçkilərin və referendumun müşahidə edilməsi sahəsində əlaqələrin inkişafı və dərinləşməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb.

PA-nın məlumatında Azərbaycana MDB PA-ya üzv olan ölkələrin parlamentarilərindən, eləcə də MDB PA Katibliyinin və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) əməkdaşlarından ibarət müşahidəçi qrupu göndərəcəyi də əksini tapıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az