ABŞ-ın Azərbaycana ayıracağı yardımın məbləği məlum deyil

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirib.

Kürdəmir rayonuna səfər edən səfir jurnalistlərə bildirib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib:

“ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən edilməyib. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir. Əsas bir məsələni diqqətinizə çatdırım ki, ABŞ 1992-ci ildən Azərbaycana yardım edir. Məcburi köçkünlərə və müharibədən əziyyət çəkənlərə 100 000 000, Azərbaycan dövlətinin inkişafına isə 1.3 milyard dollardan artıq yardım göstərib”. report

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az