Generaldan xəbərdarlıq: Razılaşdırılmamış aksiyaların qarşısını alacağıq

Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir.
 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. 
 
O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib: 
 
“Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq”.APA
Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az