“Türk dünyasını qafalarda birləşdirmək lazımdır”

“Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

 Mediainfo.az saytına AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, bunu institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib.

Yaqub Mahmudov bildirib: “Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Gəlin, tariximizə sahib çıxaq, birləşək və güclənək.

Bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Terror təşkilatlarını böyük dövlətlər yaradır”.

Tarixçi alim qeyd edib ki, soyqırımları və terror xaç yürüşləri zamanı Avropadan başlayıb: “Böyük coğrafi kəşflər zamanı Avropadan yeridilən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki dünya müharibəsi Avropadan başlayıb, Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır”.

Akademik deyib: “Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib. Sarkisyan lovğalıqla belə deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

“Qərbin bəzi dairələri bizi eşitmək, görmək və dediklərimizi qanmaq istəmirlər. Bu gün Azərbaycanı və Türkiyəni içəridən qarışdırmaq üçün planlar var.

Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur. Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır”, - deyə institut direktoru bildirib.

Tarixçi alim deyib: “Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib.

Heç zaman nə Rusiya, nə də Avropa ölkələri ermənilərə “Böyük Ermənistan” dövləti yaratmayacaqlar. Bu, onlara sərf etmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər”.

O bildirib: “Biz hər zaman ermənilərə əl uzatmışıq. O əlin ən uzununu “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq” deyərək Məhəmməd Əmin Rəsulzadə uzadıb. Cümhuriyyət zamanı parlamentdə ermənilərə yer verdik. Amma ermənilər bizim əlimizi tutmadılar. 1918-ci ildə Londona göndərdiyi məlumatda general Tomson Fətəli xan Xoyski haqqında yazırdı: “O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət qurumlarından daha mükəmməl dövlət qurumu yaratmışdır. Mənimlə görüş zamanı o, ermənilərin xəyanətindən yana-yana danışırdı”.

Simpozium çərçivəsində Yaqub Mahmudov “Xocalı şəhidləri xatirə ormanı”nın salınmasında və orada ilk ağacların əkilməsində iştirak edib.

Tədbirdə, həmçinin Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı sənədli film də nümayiş etdirilib. Filmin məsləhətçisi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ssenari müəllifi, rejissoru və prodüseri isə BDU-nun əməkdaşı Leyla Rəşiddir.

Xatırladaq ki, beynəlxalq simpozium 6 qurumun - Türk Tarix Qurumu, Ankara Yıldırım Bəyazid Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycanın Türkiyədəki səfirliyi, Pursaklar bələdiyyəsi və “Tarixdaş - Millətlər və Cəmiyyətlər” dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.06.2018

22.06.2018

21.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az