"Azərbaycan ATƏT-in ən önəmli üzvlərindən biridir"

"Azərbaycan ATƏT-in ən önəmli üzvlərindən biridir. Azərbaycan nümayəndə heyətinin qurumda bir sıra faydalı təşəbbüsləri var"

bunu Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli jurnalistlərə açıqlamasında deyib.
ATƏT PA sədri vurğulayıb ki, bunlardan biri İpək Yolunun dəstəklənməsi üzrə xüsusi qrupun yaradılmasıdır. 

"Bu layihə qurumun üzv ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Artıq 22 ölkə qrupa üzvdür. Belə faydalı layihələrin həyata keçirilməsi olduqca önəmlidir. Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı - Tbilisi-Qars layihəsini həyata keçirməklə İpək Yolunun bərpasında xüsusi rol oynayır. Dəmiryolu insanları, şəhərləri, biznesləri birləşdirir. Bu cür təşəbbüslər insanların rifahına və regionun təhlükəsizliyinə öz töhfəsini verir",- deyə Georgi Tsereteli jurnalistlərə bildirib.(azvision.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az