Putinin SSRİ planı: Bakı mane olur – Lions

Azərbaycanın müstəqilliyi və suverenliyi Rusiya-İran münasibətlərinin genişləndiyi zamanda ABŞ üçün əvəzsizdir.

Report xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun ABŞ-ın "Vaşinqton Tayms" nəşrində dərc edilən "Azərbaycan - əsas müttəfiq" adlı məqaləsində deyilir.

"Çox az sayda postsovet ölkəsi ABŞ üçün Cənubi Qafqazda uzunmüddətli strateji maraqlar baxımından Azərbaycan qədər əhəmiyyət kəsb edir. Azərbaycan əsas güclərə münasibətdə xarici siyasətində mükəmməl balans saxlamaqla nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa can atır. Bundan başqa, müstəqil Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovetlər İttifaqının nəzarəti altında olan əraziləri yenidən Moskvanın nəzarəti altına salmaq məqsədinə maneədir", - müəllif qeyd edib.

C.Lions vurğulayıb ki, Qərbin güclü dəstəyi və bilavasitə iştirakı ilə Azərbaycanın strateji Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin tikintisində Gürcüstan və Türkiyə ilə əməkdaşlığı rəsmi Moskvanın Avropanı enerji təchizatı ilə şantaj etməsinin qarşısının alınmasında həlledici əhəmiyyətə malikdir: "Qafqaz, o cümlədən Azərbaycan neft və qaz kimi resursların tranzit dəhlizi, eləcə də bütün regionlar arasında əhəmiyyətli nəqliyyat marşrutların kəsişməsi kimi böyük geostrateji əhəmiyyətə malikdir".

Müəllif qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər inkişaf edir, amma bu tərəfdaşlığı pozmaq cəhdləri var".

O həmçinin Ermənistanın böyük və nüfuzlu lobbisini regionda faktor kimi göstərir:

"Ermənistanın de-fakto Rusiyanın nəzarətindən çıxmağa imkanı yoxdur".

Admiral eyni zamanda ermənilərin SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağla bağlı ərazi iddiası irəli sürdüklərini, bu ərazidə, o cümlədən Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə apardığını xatırladır:

"Bu, soyqırım aktı idi. Ancaq ABŞ və Avropada ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərən erməni lobbisinin fəaliyyəti səbəbindən Sumqayıt və Xocalı hadisələrinin tarixini dəqiq aşkar etmək çətindir. ABŞ ilə münasibətlərin (Azərbaycanın - red.) daha da pisləşməsinin qarşısını almaq üçün bu kampaniya ifşa olunmalıdır".Report

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2018

21.10.2018

20.10.2018

19.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az