Prezidentliyə namizədin təbliğatı başına bəla oldu

Prezidentliyə namizəd, Azərbaycan Xalq Cəbhəsi Partiyasınn sədri Razi Nurullayevin təbliğat-təşviqat kampaniyası çərçivəsində məscidə getməsi və namaz qılarkən fotoşəkillərini yayımlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, məsciddə namaz qılan prezidentliyə namizəd Razi Nurullayevin arxa tərəfində dayanan xanımın görüntüsü onun namazının batil olunması kimi və yalnış bir təbliğat kimi qiymətləndirilib. 

Bununla bağlı BiG.AZ-a danışan ilahiyyatçı Əkrəm Həsənov İslam şəriəti baxımından naməhrəm kişilərlə qadınların bir arada namaz qılmasının icazəli olmadığını bildirib.

Əkrəm Həsənov qeyd edib ki, Allah Rəsulunun zamanında kişilər daha öncə məscidə daxil olar, sonra namaza az qlmış qadınlar onların arxasınca namazda durardılar: “İslam dini təşəkkül tapıb yayıldıqdan sonra Allah Rəsulunun məsləhəti ilə qadınlarla kişilərin namaz qıldığı məsafədə pərdələr çəkildi. Mədinəyə hicrətdən sonra isə Məhəmməd peyğəmbərin məscidi tikilir və qadınlar üçün xüsusi yer ayrılır. Sonrakı dövrələrdə isə məscidlər çoxaldıqdan sonra kişilər üçün və qadınlar üçün namaz otaqları ayrıldı. Bu gün bütün islam coğrafiyasında məscidlərdə kişilərlə qadınlar namaz otaqları ayrılmışdır. Bu gün müasir dövrümüzdə də qadınlarla kişilərin birlikdə namaz qılması doğru deyil. Ən azından pərdə ilə və ya gösrənməyəcəkləri sədd ilə örtülməlidir. Belə olması islam dininin göstərişidir. Əks halda bir çox fəsadlar törənə bilər. Ancaq evdə həyat yoldaşı ilə öz xanımı birlikdə namaz qıldıqda kişi öndə durmalı və qadın onun arxasında dayanmalıdır. Kişinin yanında durduqda fikir dağınıqlığı və namazdan yayınma hesab edilir və bu da namazın batil olmasına səbəb olur. Naməhrəm qohumlar olduqda isə yenə kişi öndə durmalı, ancaq qadın digər otaqda və ya pərdə çəkilməlidir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.04.2018

20.04.2018

19.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az