Rusiyanın Xəzər donanması Dağıstana köçürüləcək

Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcək, donanmadakı hərbçilərin sayı isə artırılacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib.

"Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Orada geniş tikinti işləri aparılır: pirslər, estakadalar, xidmət məntəqələri, yaşayış obyektləri tikilir. Zabit və hərbçilərin sayı dəfələrlə artırılacaq", - S.Şoyqu deyib.

Onun sözlərinə görə, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin əsas tərkib hissəsidir.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az