Erməni Sergey Lavrov Qərbi təhdid etdi

“Dünyada mövcud vəziyyət getdikcə gərginləşib”. 

Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında özündə mənfi nəticələrə gətirib çıxaracaq siyasi oyunlar aparılır: “Bu, xüsusən də terrorçuların əli ilə Yaxın Şərqdə özünü açıq şəkildə biruzə verir. NATO-nun Şərqə doğru genişləməyə davam etməsi Rusiya tərəfindən qarşılıqsız qalmayacaq. Rusiyanın təhlükəsizlik maraqlarının təmin edilməsi və dəstəklənməsi bunu tələb edir. Özünə hörmət edən böyük şəxslər nağıla inanmır. Təəssüf ki, hazırda “Ya bizimləsən ya da bizim düşmənim” siyasəti yeridilir”.

Rusiyalı nazir bildirib ki, son dövrlərdə dünyanın landşaftı dəyişib və yeni iqtisadi mərkəzlər yaradılıb: “Bizim işimiz yeni mərkəzlərin təzyiq və xaos yaratmasının qarşısını almaqdır. Heç bir ölkə ilə silahlanma yarışı aparmaq fikrimiz yoxdur. Lakin ölkənin təhlükəsizliyi mövzu olduğu təqdirdə Rusiya ordusunda mövcud olan bütün silahlardan istifadə edəcək. Tək qapı oynamağın vaxtı bitib”. (azvision.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az