"Mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək"

"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir".
 
Mediainfo.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
 
Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.
 
" BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan Silahlı Qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması  tələb edilir.  Bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib. Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan "status-kvo" heç zaman qəbul edilməyəcək", - deyə E. Məmmədyarov qeyd edib.
Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az