"Xalqın maraqları əsasən seçkilərdə təmin olunur"

Azərbaycan xalqı ölkədə baş verən bütün ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir. Aprelin 11-də keçiriləcək prezident seçkilərində də xalqın fəallıq göstərməsi çox vacibdir.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında tanınmış diaspor rəhbəri, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi bildirib.

Hər bir ölkənin həyatında seçkinin böyük rolunun olduğunu qeyd edən A.Dəmirçi deyib: “Xalqın maraqları əsasən məhz seçkilərdə təmin olunur. Ona görə də seçkilərdə fəallıq göstərib layiqli namizədə səs vermək xalqın gələcək taleyi baxımından çox önəmlidir. İnanıram ki, prezident seçkilərində Azərbaycan xalqının uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq”.

Azərbaycanda xalq ilə dövlət arasında birliyin olduğunu qeyd edən diaspor rəhbəri bu birliyin seçkilərdə və sonrakı dövrlərdə də davam edəcəyinə əminliyini bildirib.

Azərbaycan-Türkiyə qardaşlığına dünyada ikinci bir nümunənin olmadığını bildirən A.Dəmirçi deyib: “Həm Azərbaycan, həm də Türkiyə bizim vətənimizdir. Biz qürbətdə yaşayanlar Azərbaycanın və Türkiyənin dostluğuna, qazandıqları uğurlara sevinirik”.(azadinform)

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az