Tramp Rusiyanın və İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi imkanını nəzərdən keçirib
Şriftin ölçüsü:
16.04.2018 09:41
Ötən həftə Dəməşqə qarşı güc tətbiqinin üç müxtəlif versiyası, o cümlədən Rusiyanın və İranın Suriyadakı Hava Hücumundan Müdafiə (HHM) obyektlərinə zərbə endirilməsi variantının nəzərdən keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampa təklif edilib. Donald Tramp ötən həftənin şənbə günü həyata keçirilmiş hibrit versiyasını yekun olaraq təsdiqləyib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin bazar günü işıq üzü görmuş nömrəsində yazılıb.
WSJ-nin məlumatına görə, Ağ evdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis tərəfindən üç variant təqdim olunub. D.Tramp yekunda C.Mettisin ehtiyatlı olmaq çağırışlarına məhəl qoyaraq qarışıq versiyanı təsdiqləyib. Belə ki, ABŞ prezidenti lap əvvəldə ən ağır zərbə ssenarisinə meyil göstərirmiş.
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az