Konstitusiya Məhkəməsi seçkinin nəticələrini sabah təsdiqləyəcək

Konstitusiya Məhkəməsi Plenumu sabah arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib. 


Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.


Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

 
Ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. 

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.(modern.az)Konstitusiya Məhkəməsi Plenumu sabah arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib. 


Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.


Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

 
Ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. 

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.(modern.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az