Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir”, - Peskov bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.
Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi.
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az