Münaqişə həll edilmirsə Minsk Qrupu nəyə lazımdır?

“1994-cü ildə bizə ATƏT-in Minsk Qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?” 

Məlumata görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır: “Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”. (apa)

Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az