Azərbaycanlılara qarşı seçki saxtakarlığı - Salihi

Türkmənlərin çox olduğu bölgələrdə elektron cihazların fəaliyyəti bir neçə saat dayandırıldı.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu sözləri İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salihi İraqda keçirilən seçkilər haqda Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, elektron sistemin köməkliyi ilə reallaşdırılan seçkidə saxtakarlıq müşahidə olunub:
"Türkmanların səs verdiyi seçki məntəqələrində iki-üç saat cihazlar fəalliyyətini dayandırdı. Doğrusu, belə bir təxribatı gözləmirdik".

Seçicilərin fəallığı haqda danışan türkman lider vətəndaşların zəif iştirakını da vurğulayıb;

"Təkcə türkmanlar arasında deyil, ümumilikdə İraq ərazisində seçici fəallığı zəifdir. Amma istənilən halda dəqiq bir söz demək çətindir. Nəticələri gözləyirik. İlk məlumat verəcəyim informasiya orqanı Axar.azolacaq".

Qeyd edək ki, bu gün İraqda parlament seçkisi keçirilir. İraq Türkmanları Cəbhəsi 10 yer uğrunda mübarizə aparır.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az