Ermənistan ordusu Azərbaycan ərazilərinə texnika yeritdi

Mayın 14-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərində operativ-taktiki təlimlər başladıb. Bu təlimlər Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin işə başlamasından bir neçə gün sonraya təsadüf edir.

Təlimləri izləmək üçün Ermənistan silahlı qüvvələrinin Baş qərargahının rəisi Movses Akopyan işğal altındakı ərazilərə gəlib. Təlimlərin ssenarisinə əsasən düşmən qüvvələri rəqibin güclü atəş təsiri altında müdafiə döyüşləri aparır, bununla da “köməyə gələn qüvvələrə əks hücuma keçib ön xətti bərpa etmək üçün” vaxt və imkan qazandırır.

Ermənistan ordusu Azərbaycan ərazilərinə texnika yeritdi

Bildirilir ki, təlimlərdə bir sıra yeni silahlar da tətbiq edilib.

Bundan əvvəl Azərbaycan müdafiə naziri ordunun yüksək vəzifəli şəxsləri ilə müşavirə keçirmişdi və təmas xəttində düşmənin hər hansı mümkün təxribatlarının qarşısının alınması üçün tapşırıqlar verilmişdi. Müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni hakimiyyətinin Qarabağa dair populist bəyanatlarına cavab olaraq xəbərdarlıq etmişdi ki, Azərbaycan ordusu irimiqyaslı döyüş əməliyyatlarına başlamağa tam hazırdır.

İndi işğalçı qüvvələrin Azərbaycan ərazilərində Ermənistandan da əlavə hərbi hissələr cəlb olunmaqla keçirdiyi təlimər də yəqin ki, cavabsız qalmayacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.03.2019

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az