“Azərbaycan Avropa Şurasından çıxa bilməz”

"Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir. Ancaq bu, o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standartlar mövcud deyil"
Mediainfo.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA komitəsinin ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

S.Seyidov vurğulayıb ki, qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu, düşmən dəyirmanına su tökməkdir:

"Avropa Şurasında gedən proseslər şəffaf deyil. Komissiyaya münasibətimiz mənfi olub. Bu da özünü doğrultdu. Komissiya sənədi 99 faiz Azərbaycana həsr edib. Ermənistanla bağlı qəbul olunan sənədlər müsbət, Azərbaycanla bağlı olanlar isə mənfidir. Azərbaycanın adını məruzəyə salmaq düzgün deyil. Bunu İngiltərə nümayəndə heyətinin üzvü də dedi. Ancaq buna gedilmədi. Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qruplaşma var. Onlar Azərbaycanı Avropadan uzaqlaşdırmaq istəyirlər".

S.Seyidov, həmçinin vurğulayıb ki, heç kim Azərbaycanı, nümayəndə heyətiniAvropa Şurasından uzaqlaşdıra bilməz: "Bu, Azərbaycan parlamentinin qərarıdır. Qəbul olunan sanksiyalar hansısa bir seçki missiyalarında iştirakı məhdudlaşdıra bilər".

Deputat qeyd edib ki, əsas hədəf hansısa bir şəxs yox, Azərbaycanın milli maraqlarıdır: "Buna heç kim qarışa bilməz. Bu sanksiyalar Azərbaycan nümayəndə heyətinə mənfi təsir göstərməyəcək. Biz öz işimizi daha yaxşı formada quracağıq. Bu qərar Avropa Şurasının özünə mənfi təsir göstərəcək. Qərar qurumun tərkibindəki çöküşü, ikili standartların mövcudluğunu bir daha ortaya qoyur".

S.Səyidov daha sonra qeyd edib: "Bu işlə bağlı məndən tələb olunurdu ki, qeyri-qanuni işlərlə məşğul olduğumu etiraf edim. Ancaq bu mümkün deyildi. Çünki Azərbaycan işini tam şəffaf şəkildə qurur".

AŞPA-dakı nümayəndə heyətinin sədri vurğulayıb ki, hesabatda 200 səhifə Azərbaycana, 4 cümlə Ermənistana həsr olunub. 

"Bu gün Ermənistanda baş verənlərin kökündə cəmiyyətdəki korrupsiya dayanır. Ancaq bundan danışılmır. Bu da özlüyündə xeyli suallar yaradır. Burada erməni və Azərbaycanı Avropadan çəkindirmək istəyən qüvvələrin əməlləri var. Ancaq Azərbaycan Avropa Şurasından çıxa bilməz. Avropa Şurası krizis içərisində olan təşkilatdır. Hətta orada bəzi qüvvələr qurumun özünə problem yaradır. Bu, Azərbaycana qarşı təzyiq kimi qəbul olunmalıdır. Nümayəndə heyəti rotasiya qaydasında müəyyənləşəcək və qurumda fəaliyyətini davam etdirəcək".
Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az