Azərbaycan İsraildən yeni raket kompleksi alıb

Azərbaycan İsrail Aerokosmik Sənayesi şirkətindən “LORA” (Long-Range Artillery Missile) əməliyyat-taktiki raket kompleksi alıb. 

Atış uzaqlığı 300 kilometrdən artıq olan kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır.
Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. 



Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin bu gün keçirilən açılışında nümayiş etdirilib. Ölkə başçısı komplekslə tanış olub.



Qeyd edək ki, İsrail Aerokosmik Sənayesi şirkəti həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. Şirkət mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.
Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az