ABŞ və KXDR liderləri təhlükəsizlik məsələlərini müzakirə etdilər

ABŞ və KXDR lideri Donald Tramp və Kim Çen In arasında Sinqapurda təkbətək və geniştərkibli formatda keçirilmiş görüş ümumilikdə bir saat yarım davam edib.

Sammitdə Amerika tərəfini ABŞ-ın dövlət katibi Maykl Pompeo, Ağ ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Birləşmiş Ştatların Filippindəki səfiri, KXDR üzrə sabiq xüsusi nümayəndə Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.

Zirvə görüşündə Şimali Koreya tərəfini Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.

İndi iki ölkə liderləri öz nümayəndələri ilə işgüzar naharda iştirak edəcəklər. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az