Paşayeva və Ağayeva vitse-prezident seçildi

Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.
 
Azad Demokratlar Qrupunun vitse-prezident postuna ümumilikdə 5 nəfər seçilib.
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.
 
Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını vurğulayıblar.
 
Qeyd edək ki, seçimdən sonra qrupun iclası AŞPA-da gündəliyə salınan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib. (axar.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az