İsrail Ər-Riyadı xəbərdar elədi: Qiyam hazırlanır

İsraildə MOSSAD-ın nəzdində fəaliyyət göstərən bir araşdırma şirkəti Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana ölkəsində saray daxilində baş verə biləcək çevriliş cəhdi barədə xəbərdarlıq edib.
 
Bu barədə “Əl Arabi əl Cədid” nəşri informasiya yayıb.
 
Məlumata görə, İsrailin Daxili Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzi Ər-Riyad hökuməti barədə hesabat hazırlayıb. Hesabatda vəliəhdin qarşısında duran daxili təhdidlər siyahıya alınıb və mümkün bir hakimiyyət dəyişikliyinin Təl-Əvivin mənfəətini ciddi şəkildə təhlükə altına qoyacağı qeyd olunub.
 
“Səudiyyə kral ailəsindən biri səssiz şəkildə çevriliş cəhdinə əl ata bilər. Çevriliş cəhdi gözlənilməz bir şəkildə ordu daxilindən də gələ bilər. Kral ailəsinin iqtidarına son verilə biləcəyi kimi, Ər-Riyadın ölkədəki nəzarətini də zəiflədə biləcək bir xalq üsyanı ilə də qarşılaşa bilərik”, - Vəliəhdin “2030 nizamı” adı verdiyi iqtisadi proqramının Ərəbistanda kəskin reaksiya ilə qarşılandığı qeyd olunan hesabatda deyilib.Axar.az
Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az