Tramp NATO ölkələrini tənqid etdi

NATO ölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb.  

 

“NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki “2 faiz” öhdəliyini (müdafiə xərclərinin ÜDM-in 2 faizi həcminədək çatdırılmasına dair öhdəlik-red.) icra etmirlər, hətta  vaxtı ilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmirlər. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib.       

 

 

Qeyd edək ki, NATO sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək.  

 

Xatırladaq ki, NATO ölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi daxili məhsulun (ÜDM)  2 faizi həcminədək çatdırılmasına dair üzərilərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda ABŞ-ın NATO ölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

14.11.2018

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az