“Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

“Dünən Gəncədə baş vermiş hadisənin əsl dindarlarla, dinlə və islamla  heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan dövlətinə, xalqına və milli dövlətçiliyimizə qarşı təxribatdır. Dünənki hadisəyə  sadə vətandaşlarımızın, xüsusilə də ziyalı şəxslərin münasibəti  bir daha onu göstərdi ki, sosial durumundan,  təhsilindən, heç bir mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar dövlətçiliyimizin yanındadır”.
 

Mediainfo.az saytının verdiyi xəbərə görə, bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.
 

Qurum rəsmisi bildirib ki, insanlarımız bu təxribatın arxasında kimlərin dayandığını və durduğunu artıq hiss ediblər:
 

“Mən sosial şəbəkələrə göz gəzdirdikdən sonra belə bir qənaətə gəldim ki,  Azərbaycan ziyalıları, xüsusilə media mənsubları bu küləyin haradan əsdiyini və onun istiqamətini  çox dəqiq bilirlər və çox da dəqiq hədəfi tutublar.  Bir daha təkrar edirəm ki, Gəncədə baş vermiş hadisə dövlətçiliyimizə və xalqımıza qarşı təxribatdır. Bu hadisəni törədənlər və arxasında duran şəxslər  mütləq öz cavablarını almalıdırlar və alacaqlarına da inanıram.  Əsl dindarlar təssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlıdırlar və milli dövlətimizin də təəssübkeşləridir.  Bu cür hadisələri din adına yazmaq olmaz. Bu, din pərdəsi altında və dindən istifadə edərək dövlətimizə qarşı həyata keçirilən məkirli bir plandır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az