Məmmədyarov-Mnatsakanyan görüşü 4 saata yaxın davam edib

Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib.

 

Mediainfo.az-ın verdiyi xəbərə bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

 

“Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması  üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”, deyə H.Hacıyev qeyd edib.

 

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.

 

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

 

Bundan əvvəl Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az