Mütəllibovdan Gəncə çağırışı: Bu plana imkan verməyin!

Bu hadisəni çox böyük üzüntü ilə qarşıladım. Gəncədə şəhid olan polislərimizə Allah rəhmət eləsin! Ortada qanlı cinayət hadisəsi var. Silah işlətmək, qan tökmək vəziyyətdən çıxış yolu deyil, bu, son mərhələdə ağır nəticələrə gətirib çıxara bilər.
 
Mediainfo.az axar.az -a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Musavat.com-a geniş müsahibəsində Gəncə şəhərində yaşanan son olayları şərh edərkən deyib. Bəzi qüvvələrin Azərbaycanı Suriya, Liviyaya döndərmək istəyi haqda da danışan A.Mütəllibov bildirib ki, buna xalq birliyi ilə cavab vermək olar:
 
“Bu qüvvələrin məqsədi dövlətimizi zəiflətmək, stabilliyi pozmaq, son nəticədə mərkəzi hakimiyyəti özündən asılı, idarə olunan bir struktura çevirmək, zəif hakimiyyət vasitəsilə bütöv bir xalqı öz məqsədləri üçün istifadə etməkdir... Budur Suriya və digər müsəlman dövlətlərində aparılan müasir siyasət!
 
Bunu əminliklə vurğulayıram ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları maksimum səviyyədə yararlanmağa çalışacaqlar.
 
Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı Vətən olub. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər”.
Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az