20 il sonra 15 şəhidin qisası alındı

Türkiyənin Bitlis bölgəsində ötən ay keçirilən antiterror əməliyyatı zamanı öldürülən 10 terrorçu arasında adı “qırmızı axtarış siyahısı”nda olan Səfər Açar da olub.
 
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən informasiya yayılıb.
 
Məlumata görə, “Velat Gever” kod adlı terrorçu PKK-nın Qarzan əyaləti üzrə rəhbəri olub. O, 1998-ci ildə İraqın şimalında “Skorski” tipli türk helikopterinin vurulmasına rəhbərlik edib.
 
Terrorçu zərərsizləşdirildikdən sonra onun üzərindən həmin dövrdə tədavüldə olmuş 500 min türk lirəsi çıxıb. Əsginazın üzərində “herkoda vurulan helikopterin pilotunun puludur, 11.27.1998” yazılıb. Bu isə sözügedən terrorçunun qanlı hücumun xatirəsini qeyd etmək üçün 20 il əvvəl bu pulu götürdüyünü və 20 il sonra şəhidlərin qisasının alındığını sübut edib. (axar.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az