Rusiyadan demarş – ATƏT-in iclası boykot edildi

Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Berlində keçirilən iclasını tərk edib.
 
Bu barədə nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib.
 
O qeyd edib ki, bu addımı atmalarına anti-Rusiya qətnaməsinin səsverməsi zamanı reqlamentin pozulması səbəb olub.
 
Onun sözlərinə görə, ATƏT-in iclasında deputatlar, qətnamənin müəllifləri və həmmüəllifləri iştirak etmirdilər, həmçinin Rusiya əleyhinə qətnamə reqlamentin tələb etdiyi şəkildə tərtib olunmayıb.
 
Nümayəndə heyətinin üzvü Leonid Slutski isə Rusiyanın demarşının qanunauyğun olduğunu bildirib. O qeyd edib ki, reqlamentin pozulması davam etdikcə, onların etirazı da davam edəcək.(teleqram.com)
 
Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az