“Ərazi bötövlüyümüzə dəstəyi təqdir edirik”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. Prezident İlham Əliyev səfər zamanı NATO-nun Zirvə Toplantısı çərçivəsində Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib. İclasda Prezident İlham Əliyev çıxış edib.

 

Bu barədə Xarici İşlər Nazirliyi (XİN)  bəyanat yayıb. Bəyanatda bildirilir ki, NATO üzv dövlətləri zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər.

 

 

O da vurğulanır ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər:

 

“Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

20.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az