“Kazimirov Rusiya dövlətçiliyinə xəyanət edir"

“ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və uzun müddət təkbaşına Rusiyanın adından ATƏT-ə rəhbərlik etmiş Kazimirov son vaxtlarda xeyli aktivləşib. Paşinyan hakimiyyətə gələndən sonra Kazimirov Ter-Petrosyanın aktivliyini çox ustalıqla neytrallaşdırdı”.

Mediainfo.az  Azadinforma istinadən xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq qeyd edib ki, Kazimirov hətta xüsusi olaraq Yerevana uçub gəldi və bununla da o, Dağlıq Qarabağ probleminin həllinin tormozlanmasına öz “töhfəsini” verdi: ““Nezavizimaya qazeta”ya ödənişli yazısında yeni yanaşma mövcuddur. Amma bu onun Dağlıq Qarabağ məsələsində qərəzli ermənipərəst mövqeyində dəyişikliyin olduğu anlamında deyil. Kazimirov SSRİ-nin dağıdılmasında Qarabağ probleminin, ermənilərin rolunu təsdiq edir. Bu onun həm də aldadıcı manevrdir. Kazimirov Ermənistan və Azərbaycandakı vəziyyəti təsvir edir. Ermənistandakı vəziyyətin danışıqlar prosesində onun mövqeyini gücləndirmədiyini bildirir. Azərbaycanla bağlı müəyyən qədər təfərrüatlı məlumat verir. Guya Azərbaycanda pul var, iqtisadiyyat var, amma Azərbaycanda maliyyənin qeyri-düzgün bölünməməsi problemlər yarada bilər. Amma bəllidir ki, pulun qeyri-düzgün bölgüsünü aradan qaldırmaq çox rahatdır. Ermənistanda pul da yoxdur, demək onun ədalətli və ya ədalətsiz bölgüsü də yoxdur. Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda azadlıq, demokratiya və Rusiya ilə münasibətlərə ciddi zərbə dəyib. 37-ci ilin abı-havası bərpa olunub. Kazimirov da hər halda başa düşür ki, parlament seçkilərinə qədər Paşinyan vəziyyəti çox çətinliklə idarə edəcək. Parlament seçkilərində Paşinyanın seçilməsi qeyri-mümkündür. Parlament seçkilərinədək erməni xalqının ayağa qalxması mümkündür. Kazimirova görə Dağlıq Qarabağ üçüncü tərəfdir və danışıqlar prosesində iştirak etməlidir, Dağlıq Qarabağ müstəqil olmalıdır və bunun üçün Ermənistanın bütün rəhbərlərini birlikdə qərar qəbul etməyə çağırır. Dağlıq Qarabağ problemi Ermənistan dövlətini dağıtmaqla, erməni xalqını bu regiondan qovmaqla nəticələnir. Bu kontekstdən Dağlıq Qarabağ problemi Azərbaycanın müttəfiqinə çevrilib”.

Politoloqun fikrincə, Kazimirov doğrudan da əgər erməni xalqını sevirsə, o əslində ermənilərə düzgün yol göstərməlidir. Amma bunu etmir: “Ermənistanın Rusiyaya qarşı xəyanət kursunun müəlliflərindən biri də Kazimirovdur: “Kazimirov eyni zamanda Rusiya dövlətçiliyinə xəyanət edir. SSRİ rus xalqının ən qüdrətli imperiyası olub. Ermənilərin onun dağılmasında iştirakını Kazimirov özü şəxsən etiraf edir və SSRİ-ni dağıdan adamları mükafatlandırmağa təkid göstərir. Hər halda Kazimirov bilir ki, niyə görə son günlərdə Trampın Rusiyaya qarşı təzyiqləri artıb. Tramp Rusiyaya təzyiqlərdən geri çəkilmək istəmir. Əslində Tramp və eləcə də Amerikanın analitikası çox gözəl bilir ki, Rusiyanın daxilində Kazimirov kimi Rusiyanın dövlət maraqlarını arxa plana çevirən siyasi istebleşment var. Kazimirovlar Rusiyanın inkişafına əngəl törədən problemlərin aradan qalxmamasına çalışırlar. Çünki onların özlərinin fərdi, korporativ maraqları məhz belə vəziyyəti tələb edir. Azərbaycan güclənir, dünya miqyasında rolu, iştirakı artıb. Dağlıq Qarabağ probleminin mövcud olduğu halda Azərbaycanın uğurlu inkişaf formulunu tapması Kazimirov kimilərə çox gözəl sübutdur. Kazimirov özünə daimi normal, firavan həyat tərzi yarada bilib-bilməyib, bu artıq bizə aid olan məsələ deyil, Rusiya dövlətçiliyinə aid olan məsələdir. Bəlkə də ona görə SSRİ-ni dağıdanların Rusiyanı da dağıdacağına stavka edir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az