Rusiyaya qarşı sanksiyalar uzadıldı

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Bu barədə Aİ Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunur ki, Rusiyaya münasibətdə tətbiq olunan fərdi məhdudlaşdırıcı tədbirlər 2019-cu ilin 15 martınadək uzadılıb. 

Ukrayna separatçılarının “Donetsk Xalq Respublikası”nın 31 avqustda qətlə yetirilən lideri Aleksandr Zaxarçenkonun adı fərdi sanksiyalar siyahısından çıxarıldığına görə, Aİ-nın Rusiyaya qarşı sanksiyaları 154 fiziki şəxs və 44 təşkilatı əhatə edəcək.

Aİ-nın sənədində vurğulanır ki, həmin hüquqi və fiziki şəxslər Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü pozublar və təhdid ediblər. 

Qeyd edək ki, hazırda Rusiyaya qarşı Aİ-nın bir neçə sanksiyalar paketi qüvvədədir. Bu sanksiyalara iqtisadi, fərdi və Krımın ilhaqı səbəbindən ayrıca məhdudiyyətlər daxildir. Azvision.az
Çox oxunan xəbərlər
Son xəbərlər

14.11.2018

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az