"Ermənistana səfər Putin üçün prioritet deyil"

Ermənistan mətbuatının prezident Putinin Yerevana səfəri məsələsini son vaxtlar tez-tez gündəmə gətirmələrinə  Moskvanın reaksiyası birmənalı olmayıb.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  pezident Putinin köməkçisi Yuri Uşakov mətbuata verdiyi açıqlamasında bildirib ki, Ermənistanın növbəsi çatanda Putin Yerevana səfər edəcək: "Ermənistana səfər Putin üçün prioritet deyil. Qoy Ermənistan sakit oturaraq hələ öz növbəsini gözləsin".

Uşakov bununla da Rusiyanın Paşinyan rejiminə olan xoçagəlməz münasibətini ortaya qoyub. Uşakov Putinin Ermənistana səfərinin müzakirə edidiyini təsdiq etsə də, hələlik bu səfərin nə vaxt baş tutacağını söyləməyin tez olduğunu qeyd edib. O deyib ki, Rusiya və Ermənistan prezidentləri Düşənbədə keçiriləcək MDB Dövlət başçılarının, həmçinin KTMT rəhbərlərinin Astana və Avrasiya İqtisadi İttifaqının Moskva toplantılarında görüşə bilərlər. Amma Putinin Yerevana səfərinin konkret vaxtı barədə hələlik ciddi müzakirələr aparılmır. O xatırladıb ki, Putin və  Paşinyan  arasında görüş bu yaxınlarda keçirilib. Bununla da Uşakov Ermənistanın Putinin Yerevana səfərini  hər vasitə ilə tezləşdirmək və bundan siyası məqsədlər üçün istifadə etmə niyyətlərini boşa çıxarıb. 

Əziz Mustafa

 

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az