Holland hərbçiləri Norveçdə soyuqdan donurlar

Norveçdə keçiriləcək növbəti NATO hərbi təlimlərində iştirak etmək üçün bu ölkəyə gələn Hollandiya hərbçiləri soyuq havada donmaq təhlükəsi ilə üzləşiblər.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Hollandiyadan olan hərbçilər hələ qış geyiminə keçmədiklərindən Norveçin soyuq havasından əziyyət çəkirlər. Soyuqlara dözmək üçün holland hərbçilər öz pullarına isti paltar almaq məcburiyyətində qalıblar. Bununla belə  kəskin soyuqlar nəticəsində onlarla holland hərbçi xəstələnib. Məsələ ilə bağlı Aftenposten qəzetinin yazdığına görə, Hollandiya Müdafiə nazirliyinin katibi Barbara Visser deyib ki, onlar Norveçdə ilin bu vaxtı belə sərt soyuqlar ola biləcəyini nəzərə almayıblar. O parlamentdəki çıxışında  holland əsgərlərə aldıqları isti paltara görə 1000 avro dəyərində kompensasiya ödəniləcəyini söyləyib.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az