Sensasiya: Putini hakimiyyətdə Mİ-6 saxlayıb?

Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçar Dirlav bildirib ki, Putinə hakimiyyətdə möhkəmlənməsində dəstək verdiklərinə görə çox təəssüf edirlər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı The Time qəzetinə açıqlamasında Dirlav deyib ki,  Putinin hakimiyyətdə  möhkəmlənməsində Mİ-6-nın böyük xidmətləri olub: "2000-ci ildə mənə Rusiya Təhlükəsizlik Xidmətinin zabiti  müraciət edərək Böyük Britaniyanın Baş naziri Toni Bleyerin Sank-Peterburqda təşkil ediləcək "Müharibə və sülh"operasının təqdimatında iştirak etmək üçün Putinin dəvətini çatdırdı. O vaxt Bleyerin Putinin dəvətini qəbul edib-etməməsi barədə uzun müddət müzakirələr getdi. Sonda Bleyerin bu dəvəti qəbul etməsini məqsədəuyğun hesab etdik. Bleyer Sankt-Peterburqa getdi və orada Putinlə görüşdü".

Riçard Dirlav  bununla da Putinin hakimiyyətdə qalmasına və onun  simasında Qərbdə müsbət siyasi lider  rolunu formalaşdırmağa yardım etdiklərini  bildirib. Dirlav o vaxt Putinin hakimiyyətdə möhkəmlənməsinə dəstək verməklə Mİ-6-nın ən böyük səhvlərindən birini etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusyanın Gürcüstan və Ukraynanın ərazilərinin bir hissəsini işğal etməsindən, həmçinin 2006-cı ildə Aleksandr Litvinenkonun, 2018-ci ildə isə Skripalların  Rusiya kəşfiyyatçıları tərəfindən zəhərlənməsindən  sonra Londonla Moskva arasında münasibətlər pisləşib. 

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az