Nobel mükafatı laueratı İsrail düşməni çıxdı

2018-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülən Missuri universitetinin keçmiş professoru Corc Smitin İsrailin qatı düşməni, eyni zamanda çoxsaylı antiyəhudi təşkilatının üzvü olduğu məlum olub.

Mediainfo.az-ın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, antiyəhudi mövqeyinə və etnik baxımdan yəhudi olmamasına baxmayaraq Smit həm də "Yəhudilərin sülh səsi" təşkilatının ən fəal üzvlərindən biridir. Times of İsrael saytının yazdığına görə Corc Smit özü haqqında: "Mən dini baxımdan yəhudi deyiləm. Ancaq mənim həyat yoldaşım yəhudidir. Məni yəhudi mədəniyyəti və siyasəti ilə sıx əlaqələr birləşdirir",-deyib.

Lakin bütün bunlar Corc Smitin mütəmadi olaraq yəhudilər əleyhinə çıxışlarına mane olmayıb. 2015-ci ildə təqaüdə çıxandan sonra Smit  yenidən universitetdə "Sionizmin perspektivləri mövzusunda mühazirələr oxuyur. O bu mühazirələrdə yəhudi dövlətinin yaradılmasını dünya üçün ən təhlükəli hadisə adlandırır.

Smit 6 il Mondovveiss" saytında yəhudilər əleyhinə məqalələr yazıb. Məqalələrinin birində o, "Qızıl Yerusəlim" himnini yəhudi şovinizminin təzahürü adlandırıb.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az