Faiq Ələkbərli 18-ci Türk tarixi konqresində türkçülüyün fəlsəfi tarixindən bəhs etdi

Oktyabrın 1-5-i tarixlərində Türkiyənin Ankara şəhərində Türk Tarixi Qurumunun düzənlədiyi 18-ci Türk tarixi konqresində Bütöv Azərbaycan Ocaqlarının başqan yardımçısı, AMEA Fəlsəfə İnstitutun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli də iştirak edib. 
 
Faiq Ələkbərlinin Mediainfo.az-a verdiyi məlumata görə, Azərbaycan Türk alimi Konqresdə "20. Əsrin başlarında türkçülüklə bağlı iki fərqli üçlü düstur" mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində tanınmış Azərbaycan Türk mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü Türklük, islamçılıq və müasirlik ideyası ilə Krım türk adını İsmayıl bəy Qaspıralının Dildə, fikirdə və işdə birlik nəzəriyyəsinin fərqli və oxşar cəhətlərini açıqlayıb. 
F. Ələkbərlinin fikrincə hər iki düstur öz əhəmiyyətinə görə, önəmli olsa da, 20.əsrin əvvəllərində Hüseynzadənin Türklük, islamçılıq və müasirlik ideyası daha geniş yayılıb. Onun fikrincə, türkçülüklə islamlığın və müasirliyin hansı anlamda bir-birini tamamlaması əsas məsələ olub. Belə ki, türkçülük islamlıq və qərbləşməyin fonunda geri qaldıqca Türk xalqları ciddi problemlər yaşayıblar. Bu anlamda Türkçülüklə bağlı iki baxış, romantik - vahid türk dövləti, realist - müstəqil türk dövlətlərinin federativ birliyi olub. 
F. Ələkbərli hesab edir ki, bunların arasında realist türk birliyi daha ugurlu olub. Eyni zamanda, İsmayıl Qaspıralının da ideyası da Türk birliyi yolunda önəmli olub. Bu gün də, tək yolumuz Türkçülük ideyasını öndə tutub, türk dünyasının, türk xalqlarının birliyini daim əsas hədəf kimi görməliyik.
Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az