Macarıstan Baş naziri Türkiyəni müdafiə edib

Avropa Birliyi Türkiyənin bu quruma üzv qəbul edilməsi məsələsinə münasibətdə səmimi deyil. 

Mediainfo.az-ın AP agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Budapeştdəki görüşündə deyib. Onun sözlərinə görə, AB Türkiyə ilə hərtərəfli, dərinləşdirilmiş əməkdaşlığa hazır olub-olmaması ilə bağlı qəti qərar qəbul etməlidir: "Bir tərəfdən AB üzv namizədə sizinlə bu barədə danışıqlar aparmaq istəyirik deyir,  digər tərəfdən də onun nüfuzlu üzvləri Türkiyəni heç vaxt bu quruma buraxmayacaqlarını bəyan edirlər. Mən AB-nin belə qeyri-səmini mövqeyini başa düşə bilmirəm".

 Orban qeyd edib ki, Türkiyə Avropaya miqrant axınlarının qarşısını almaqda mühüm rol oynayıb və Macaristan bunu özünün təhlükəsizliyi baxımından olduqca yüksək qiymətləndirir.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az