Saxta “erməni məsələsi”nə dair həqiqətləri dünya birliyinə çatdırmaq təxirəsalınmaz vəzifədir

Bir vaxtlar Osmanlı dövlətinə qarşı istifadə olunan saxta “erməni məsələsi” müasir dövrdə Türkiyə və Azərbaycana qarşı sistemli şəkildə istifadə edilən siyasi təsir vasitəsidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında İstanbul Universitetinin hüquq fakültəsinin hüquq tarixi kafedrasının müdiri, professor Fethi Gedikli söyləyib. Professor vurğulayıb ki, uydurma “erməni məsələsi” və ondan yaranan problemlər sülhsevər dünyaya qarşı təhdiddir.

Fethi Gedikli Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabını ermənilərin uydurma iddialarına qarşı əsaslı hüquqi vəsait kimi dəyərləndirib. O vurğulayıb ki, saxta “erməni məsələsi”nə dair həqiqətlərin dünya birliyinə çatdırılması təxirəsalınmaz vəzifədir. Erməni silahlı birləşmələrinin XX əsrin əvvəlində Qafqazda və Anadoluda müsəlman və türk əhaliyə qarşı törətdikləri cinayətlər barədə çoxsaylı siyasi və tarixi əsərlər mövcuddur. Məsələ ilə bağlı arxivlərdə kifayət qədər inkarolunmaz sübutlar var. Bu mövzunun hüquqi aspektdən işlənilməsi, ilk növbədə, dünyanın nüfuzlu ali məktəblərinin hüquq fakültələri üçün əsaslı baza yaradır.

Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az