Milli Məclisin deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropada miqrantların və diaspor ictimaiyyətlərinin radikallaşması"na dair qətnamə qəbul edib.

Sənəddə quruma üzv dövlətlərə bu sahədə dövlət siyasətinin yürüdülməsinə, radikallaşmanın qarşısını almaq üçün dövlət strategiyasının işlənib hazırlanmasına dair tövsiyələr verilib.

Qətnamə 109 nəfər lehinə, 7 nəfər əleyhinə və 2 nəfər bitərəf olmaqla qəbul edilib. 

Qeyd edək ki, sənəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova tərəfindən hazırlanıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.( report)

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az