Rusiya Avropa Şurasından qovulur

Gələn ilin iyun ayında Rusiya Avropa Şurasının əsas orqanları olan  Nazirlər Komitəsi və Parlament Assambleyasından xaric ediləcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə AŞ-nin Baş katibi Turborn Yaqland Parlament Assambleyasında qurumun büdcəsi müzakirə edilərkən bəyan edib: "Rusiya AŞ-yə üzvlük haqqı ödəmir və ona görə də vəziyyət belə davam edəcəyi təqdirdə gələn ilin iyun ayında onların qurumdakı fəaliyyətinin rəsmi şəkildə dayandırılması barədə qərar qəbul etməli olacağıq. Mən bu barədə artıq Nazirlər Komitəsinə də bildirmişəm".

O xatırladıb ki, əgər AŞ-yə üzv ölkə iki il ərzində üzvlük haqqını ödəmirsə, onda qurumun nizamnaməsinin 9-cu maddəsinə əsasən onun Parlament Assambleyasındakı və Nazirlər Komitəsindəki nümayəndələrinin səlahiyyətləri dayandırılır.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

19.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az