Suriyadakı ABŞ bazası İran üçün təhlükə mənbəyidir

ABŞ hərbi instruktorları "Əl-Tanf"hərbi təlim mərkəzində Suriya müxalifəti hesab edilən "Maqhavir" və "Əl-Tavra" qruplarına təlim keçirlər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Bu barədə Business Insider-in yaydığı məlumatda deyilir.

Nəşrin yazdığına görə, bundan məqsəd İranın Suriyadakı mövcudluğuna və Əsəd rejiminə qarşı mübarizəni daha da genişləndirməkdir.

Məsələyə münasibət bildirən "Stratfor"un hərbi eksperti Omar Lamrani isə yazır: "İran ABŞ-ın nəzarəti altında olan "Əl-Tanf" bazasından ciddi şəkildə qorxur. Çünki bu hərbi baza Barqa-Dəməşq yolunu nəzarəti altında saxlayır".

Hərbi ekspertin sözlərinə görə, Barqa-Dəməşq yolu ilə İran Suriya rejiminə silah göndərir. Bu yolun nəzarətə götürülməsi İran üçün ağır nəticələrə gətirib çıxaracaq.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az